Moskva aeroportu iflic oldu: Bu gün 130 reys təxirə salınıb

Moskva aeroportu iflic oldu: Bu gün 130 reys təxirə salınıb
DÜNYA
11:07 04.03.2022
2002

Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında bu gün səhər saatlarında 130 reys təxirə salınıb və ya ləğv edilib. 

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Vnukovoda 5 reys gecikib və 54 reys təxirə salınıb, Domodedovoda - 8 reys gecikib və 8-i ləğv edilib, Şeremetyevoda 12 reys gecikib, daha 50 reys təxirə salınıb.

Bir gün əvvəl paytaxt hava limanlarında 100-ə yaxın reys ləğv edilmişdi.

Qeyd edək ki, Rusiya - Ukrayna müharibəsinə görə Avropa ölkələri, Kanada və ABŞ hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Buna cavab olaraq Rusiya hakimiyyəti Qərb ölkələrindən gələn aviaşirkətlər üçün uçuşları məhdudlaşdırıb.

OXŞAR XƏBƏRLƏR