"Aeroflot” aviaşirkətinə məxsus Moskva-Bakı təyyarəsi Volqoqrad şəhərinə təcili eniş edib.
AZXEBER.COM oxu.Az-a istinadən xəbər verir ki, Volqoqrad aeroportunun nümayəndəsi Yaroslav Zimin bildirib ki, təyyarənin təcili enişinə səbəb ağciyər xərçəngindən əziyyət çəkən sərnişində təzyiqin qalxması olub.
Sərnişin Volqoqradda klinik xəstəxanaya yerləşdirilib, təyyarə isə marşrut üzrə hərəkətinə davam edərək Bakıya uçub.