Moskva dron hücumuna məruz qalıb

Moskva dron hücumuna məruz qalıb
DÜNYA
23:17 22.02.2026
795
Ukrayna ordusu Rusiyanın paytaxtı Moskvaya dronlarla hücum edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Rusiya Hava Hücumundan Müdafiə Sistemlərinin paytaxt istiqamətində uçan 20 pilotsuz uçuş aparatını vurduğu bildirilib.

Moskva meri Sergey Sobyanin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin 22 fevral günortadan sonra dörd saat ərzində Moskvaya doğru uçan 20 dron hücumunu zərərsizləşdirdiyini açıqlayıb.

PUA hücumu nəticəsində heç bir zərər və ya itki barədə məlumat verilməyib.

Moskvanın dörd hava limanının hamısı (Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski) gün ərzində təyyarələrin gəlişini və uçuşunu qısa müddətə məhdudlaşdırıb.
OXŞAR XƏBƏRLƏR