Rusiya Kanada səfirliyinin birinci katibini ölkədən çıxarıb. Musavat.com-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, rəsmi Moskva bu addımı Rusiyanın hərbi attaşesinin Ottavadan qovulmasına cavab kimi atıb.
Rusiya XİN-dən bildirilib ki, Kanadanın Rusiyadakı səfirliyinə xəbərdarlıq edilib ki, birinci katib Marqarita Atanasovun Rusiyadan çıxması üçün 14 gün vaxtv eridib.
Qeyd edək ki, aprelin birinci ongünlüyünda Kanada hakimiyyəti Rusiya səfirliyinin əməkdaşı Yuri Bezlerə ölkəni tərk etmək üçün iki həftə vaxt vermişdi.