Moskva şəhərinin meri Sergey Sobyaninin adı Avropa İttifaqı Şurasının RF-yə qarşı tətbiq etdiyi 7-ci sanksiya paketinə daxil edilib.
Bu barədə "EUobserver” bildirib.
Məlumata görə, 7 sanksiya paketi siyahısında Rusiyanın bir baş nazir müavini, bir neçə regionun başçısı və 9 şirkətin də adı var.
"Rostex”in başçısı Sergey Çemezov, aktyorlar Sergey Bezrukov və Vladimir Maşkovun da adları bu siyahıdadır.
Bildirilib ki, sanksiyaya əsasən, Rusiyadan qızıl ixracı qadağan edilir, "Sberbank”ın hesabları dondurulur.