Moskva vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
Qeyd olunub ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynanın Moskvaya doğru uçan 69 PUA-sını vurub.
Samara vilayətində və Tatarıstanda PUA hücumu təhlükəsi elan edilib, həmçinin Vladimir, Tula, Kaluqa və Ryazan vilayətləri üzərində Ukrayna dronları vurulub.
Moskvanın Jukovski, Şeremetyevo, Vnukovo və Domodedovo hava limanlarında uçuşlara məhdudiyyətlər qoyulub.
Moskva vilayətində PUA dəmir yolu stansiyasına düşüb, nəticədə qatarların hərəkəti dayandırılıb.
Moskva vilayətinin Ramenskoye şəhərində PUA hücumu nəticəsində azı 7 mənzilə ziyan dəyib, onlardan 12 nəfər təxliyə edilib.