Moskvada 122 illik temperatur rekordu yenilənib

Moskvada 122 illik temperatur rekordu yenilənib
DÜNYA
20:56 12.07.2025
302
Rusiyanın paytaxtı Moskvada iyulun 12-nə olan temperatur rekordu qırılıb, hava 34,6 °C-ə qədər qızıb və bununla 1903-cü ildəki maksimumu geridə qoyulub.

Bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

"VDNX stansiyasında bu gün 122 illik rekord qırıldı. 1903-cü ildə temperatur 34,5 dərəcə idi, bu gün isə 34,6 dərəcə oldu. Bu, ekstremal temperaturun xarakterik xüsusiyyətidir", - o vurğulayıb.

Direktor qeyd edib ki, yaxın günlərdə daha rekord temperatur proqnozlaşdırılmır, çünki temperaturun tədricən azalması başlayacaq.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR