Moskvada 3 azərbaycanlı həbs edilib

DÜNYA
15:59 30.10.2013
1052
Azərbaycanlı şəxslər Moskvada adam oğurluğu ilə məşğul olan etnik qruplaşmanın üzvləri olub
Moskvada Azərbaycanlı sahibkarı oğurladıqdan sonra, 3 milyon rubl tələb etməkdə şübhəli bilinən üç azərbaycanlı həbs edilib. Rusiya mətbuatına istinadən verilən xəbərə görə, saxlanılan 3 nəfər azərbaycanlı şəxs, Moskvada adam oğurluğu ilə məşğul olan etnik qruplaşmanın üzvləri olub.Hadisə oktyabrın 21-də baş verib. Cinayətkarlar Azərbaycan vətəndaşı olan sahibkara hücum ediblər. Tapança ilə onu hədələyərək maşına oturdublar və Kuzminski meşə-parkına aparıblar. Orada ona naməlum adamların iş adamının qətlini sifariş etdiklərini söyləyiblər və 3 milyon rubl tələb ediblər.Tələb olunan məbləği tapmaq üçün azad edilən zərərçəkən azərbaycanlı sahibkar Rusiyanın Daxili İşlər Nazirliyinə müraciət edib.Qeyd edək ki, hadisə oktyabrın 21-də qeydə alınıb.(ANSPRESS)

OXŞAR XƏBƏRLƏR