Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başladı

Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başladı
SİYASƏT
14:26 19.05.2023
240
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raundunu keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar evi”nə gəliblər.

Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl S.Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.
OXŞAR XƏBƏRLƏR