Moskvada azərbaycanlı polkovniki qətlə yetirdilər

DÜNYA
16:06 05.03.2013
1994

Qətl Moskva şəhərinin “Roqojskiy Val” adlanan ərazisində törədilib. 

Killer yerli vaxtla saat 12:40-da “Zakarpatskiye uzorı” restoranına daxil olaraq orada nahar edən Rusiya Silahlı Qüvvələrinin zabiti A. Mahmudovun alın nahiyəsinə atəş açıb. 45 yaşlı polkovnik yerindəcə keçinib. 

Atəş açan şəxsin xarici görünüşünə görə qafqazlıya oxşayan bir kişi olduğu bildirilir. Qatil hadisə yerindən qaça bilib. Hadisənin motivləri barədə hələlik məlumat yoxdur. Faktla bağlı təhqiqat aparılır. 

A. Mahmudov paytaxtdakı hərbi hissələrdən birinin komandir müavini olub. //apa

OXŞAR XƏBƏRLƏR