Moskvada azərbaycanlı taksi sürücüsü qətlə yetirildi

DÜNYA
12:14 08.07.2015
1753
“Heç bilmirəm nə üstündə”.
Moskva polisi taksi sürücüsünün qətlində şübhəli bilinən şəxsləri axtarır.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, sürücünün meyiti Moskva Dövlət Universitetinin kitabxanasının yaxınlığında avtomobilin yanında aşkar olunub.
İlkin məlumatlara əsasən, naməlum şəxslər ona ölümcül bıçaq yarası vurublar. 36 yaşlı Şahlar Quliyev Rusiya paytaxtına Azərbaycandan gəlib və universitet rayonunda taksi sürücüsü işləyirdi.
“O, taksidə işləyirdi. Normal işləyirdi. Heç bilmirəm nə üstündə! Metronun yaxınlığında dayanmışdı. Mən hərdən onunla zəngləşirdim, heç bilmirdim o harada olurdu, nə edirdi”, - qətlə yetirilmiş şəxsin qohumu deyib.
Polis əməkdaşları insidetin təfərrüatlarını müəyyən edirlər. Yaxın vaxtlarda “Qətl” maddəsi üzrə cinayət işinin qaldırılması barədə məsələ həll olunacaq.
OXŞAR XƏBƏRLƏR