Moskvada dəhşətli olay: Kanalizasiyada daşqın oldu, 4 nəfər öldü

Moskvada dəhşətli olay: Kanalizasiyada daşqın oldu, 4 nəfər öldü
DÜNYA
14:20 22.08.2023
189
Moskvada kanalizasiya sistemində daşqın nəticəsində 4 nəfər həlak olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisəni şəhər meri Sergey Sobyanin təsdiqləyib.
 
Bildirib ki, hələ də bir neçə itkin düşmüş şəxs axtarılır.

Yağışın səbəb olduğu sel o qədər sürətli olub ki, insanlar xilas ola bilməyib.
 
Bazar ertəsi yaxınlıqda dördüncü qurban tapılıb.

Təhqiqatçıların Moskva çayının qolu olan Neqlinka çayında yeraltı araşdırmalar apardığı bildirilir.

Mikayıl
OXŞAR XƏBƏRLƏR