Moskvada erməni bəy-gəlin narkotiklə saxlandı

DÜNYA
13:53 23.12.2013
911

Dekabrın 22-də Moskvanın cənubunda növbəti “atəş açan toy” karvanı saxlanılıb.

AZXEBER.COM “News.am”a istinadən xəbər verir ki, atəş açılması barədə məlumat Moskva sakinləri tərəfindən daxil olub.Varşava şosesindəki polis əməkdaşları baş verən hadisənin təfərrüatını aydınlaşdırmaq məqsədi ilə toy karvanını dayandırıb.“İnterfaks” xəbər verir ki, ümumilikdə 15 maşın saxlanılıb. “Life News” isə yazır ki, karvandakı “Porşe Panamera”nın baqajından içərisində narkotik maddələrin olduğu ehtimal edilən paket aşkarlanıb. Qeydiyyatından keçmək üçün VVAQ-a gedən bəy ilə gəlin də məhz sözügedən “Porşe”də olub. Nəticədə bəylə gəlinin nikahı baş tutmayıb.Toy iştirakçılarının milliyyəti açıqlanmasa da, karvanda olan maşınların üzərində erməni bayrağı olub.

OXŞAR XƏBƏRLƏR