Moskvada iki tramvay toqquşub, 25 nəfər xəsarət alıb

Moskvada iki tramvay toqquşub, 25 nəfər xəsarət alıb
SOSİAL
15:33 15.03.2026
198
Moskvada iki tramvayın toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qəza Moskvanın Pokrovskoe-Streşnevo rayonunun Vodnikova küçəsində baş verib.

Tramvayların toqquşması nəticəsində yaralananlardan beşinin uşaq olduğu bildirilib.

Yaralıların 21 nəfərinin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR