Moskvada İran-HƏMAS görüşü baş tutdu - İsraildən reaksiya gəldi

Moskvada İran-HƏMAS görüşü baş tutdu - İsraildən reaksiya gəldi
DÜNYA
13:48 27.10.2023
214
İran Xarici İşlər nazirinin müavini Əli Baqiri Rusiyanın paytaxtı Moskvada Fələstinin müqavimət qruplaşmasının HƏMAS-ın siyasi heyəti ilə görüşüb.

AZXEBER.COM-un İRNA-ya istinadən verdiyi məlumatına görə, Rusiyanın rəsmi dəvəti ilə Moskvaya səfər edən İranın Xarici İşlər nazirinin müavini Baqiri, HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzukun da daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Fələstindəki son hadisələr və İsrailin intensiv hücumlarının davam etdiyi Qəzza zolağındakı vəziyyət müzakirə edilib.

Kremlin sözçüsü Dmitri Peskov səfərlə bağlı açıqlamasında Rusiya prezidenti Vladimir Putinin HƏMAS nümayəndə heyəti ilə görüşməyi planlaşdırmadığını və görüşlərin Rusiya Xarici İşlər Nazirliyi çərçivəsində keçirildiyini bildirib.

Görüşlə bağlı açıqlama yayan İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat 220-yə yaxın israillinin əsir düşməsində HƏMAS-ı günahlandırıb: "HƏMAS-ın İŞİD-dən daha pis terror təşkilatıdır. 1400 israillinin ölümü və 220-yə yaxın israillinin əsir alınmasında HƏMAS rəhbərliyinin məsuliyyət daşıyır".

İsrail Rusiya hökumətindən HƏMAS nümayəndə heyətini "dərhal deportasiya etməyi” istəyib.
 
Günel
OXŞAR XƏBƏRLƏR