Moskvada kişilər üçün dayə xidməti - Yatızdırır, qucaqlayır…

Moskvada kişilər üçün dayə xidməti - Yatızdırır, qucaqlayır…
DÜNYA
18:40 01.10.2026
121
Moskvada kişilər üçün dayə xidməti açılıb.

Kişilərə uşaqlıqlarını utanmadan və mühakimə etmədən müvəqqəti olaraq yenidən yaşaya bilmək imkanı yaradılır.

Xidmətin müəllifi vurğulayıb ki, xidmətə intim yaxınlıq daxil deyil. Bunun əvəzinə, müəyyən ödəniş müqabilində müştəriləri yatızdırmaq, dinləmək, qucaqlamaq və başınıza sığal çəkmək olar:

"Burada üstünüzü yorğanla örtəcəklər, çay dəmləyəcəklər və deyəcəklər: "Yaxşısan. Yaxşı iş gördün”.

Müəllifin sözlərinə görə, bir saat yarımlıq emosional xidmət 20.000 rubla başa gələcək. Ödəniş hissə-hissə edilə bilər, ilkin ödəniş 5000 rubl. Qadın üç uşağı təkbaşına böyütdüyünü vurğuladı.

Dayəlik xidməti təklif edən qadın bildirir ki, görüşlər parkda və ya kinoteatrda keçirilir və qadın həmçinin müştərinin evinə şam yeməyi bişirmək üçün gedə bilər.
 
///Medicina.az 
OXŞAR XƏBƏRLƏR