Moskvada koronavirusla bağlı vəziyyət sabitləşdi

Moskvada koronavirusla bağlı vəziyyət sabitləşdi
DÜNYA
19:05 03.11.2021
478
Moskvada koronavirusla bağlı vəziyyətin sabitləşməsi müşahidə olunur.

Bunu Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.

O deyib ki, COVID-19-la bağlı vəziyyət sabitləşdiyindən oktyabrın 28-dən 11 gün müddətində tətbiq olunan qeyri-iş günlərinin müddətinin uzadılmasına ehtiyac qalmayıb.

Moskva meri noyabrın 8-dən etibarən paytaxtda restoran, kafe, ticarət və əyləncə mərkəzlərinin, xidmət sahələrinin fəaliyyətinin tam şəkildə bərpa olunacağını, orta məktəblərin əyani rejimə keçəcəklərini açıqlayıb: "Gələn həftənin birinci günündən şəhərdə adi həyat tərzi bərpa olunur. Lakin bununla belə, daha əvvəl qəbul olunmuş məhdudlaşdırılmalara riayət olunmalıdır”.
 
///apa
OXŞAR XƏBƏRLƏR