Moskvada məscid çatışmazlığı yaşanır

Moskvada məscid çatışmazlığı yaşanır
DÜNYA
10:35 06.04.2013
1276
Üç milyona yaxın müsəlmanın yaşadığı Moskvada yetərli sayda məscidin olmaması səbəbindən insanlar namazı küçələrdə qılmağa məcbur olurlar. Aprel ayı olmasına baxmayarağ hələ də qış soyuqlarının davam etdiyi Moskvada cümə namazı üçün paytaxtdakı 4 ayrı məscidə axın edən müsəlmanlar məscidlərin dolması səbəbiylə yenə də ibadətlərini küçədə qar üstündə yerinə yetirmək məcburiyətində qaldılar. Şaxtalı havada qar üstündə uzun müddət namaz saatını gözləyən müsəlmanlar, daha sonra namazlarını qılarağ yeni məscidə qovuşmaq üçün dua etdilər.“Burda məscid çatışmamazlığı problemi var. Qışda bu şaxtalı havada camaat küçədə namaz qılır. Bəzən bir saatdan çox cümə namazını gözləyirik. İmam da camaatın küçədə soyuğdan üşüməsini diqqətə alarag moizəni çox qısa tutur. Bu isə cümənin şərtlərinə cavab vermir” – deyə moskvalı mömin Rafiq Əhmədov bildirir.Rusiya paytaxtındakı Zəfər Parkı Məscidinin İmamı Şamil Alyautdinov paytaxtda sadəcə 4 məscidin olmasının çox anormal olduğunu deyir. “Madam biz çoxmillətli və çox inanclı bir dövlətik o zaman başqa inançdan olan insanların da ibadətlərini yerinə yetirmələri üçün lazımi şərait yaradılmalıdır. Hətta migrantları nəzərə almasaq belə Moskvada hər biri 10 min insan tutan ən az 100 məscid olmaldır. Bax o zaman mən də müsəlmanlara lazımı hörmətin göstərildiyini deyə bilərəm”Bir neçə il öncə sökülərək yerinə yenisi inşa edilməkdə olan Moskvanın Mərkəzi Məscidində isə inşaat işləri davam edir.“İnşallah yeni məscidimizi 2015-ci ilin yazında istifadəyə verəcəyik. Hələlik isə bütün çalışmalarımız plana uygun gedir. Ümid edirəm Allah bizi bu vəziyyətdə qoymaz. Bu məscidi inşa etdikdən sonra başqa məscidlər də inşa edəcəyik. Mərkəzdə olmasa belə şəhərin kənarında, müsəlmanların çox olduğu yərlərdə məscidlər inşa edilməlidir” – deyə Rusiya müftisinin müavini Damir Gizatullin qeyd edib.Moskva sakinləri isə paytaxtda yeni məscidlərin inşası ilə bağlı fərgli mövqedədirlər.“Mən Moskvada məscid inşaatının bizim üçün bir təhlükə yaradacağını düşünmürəm. Ancag bunda bir məna da görmürəm. Çünkü məscid müsəlman ölkələrində inşa ədilməlidir. Bura isə xristiyan ölkəsidir” – deyə moskva sakini İrina Kulina deyib.Başqa bir Moskva sakini Vladimir Gridin İslam dinindən qormağın yersiz olduğunu deyir: “Moskvada məscid tikintisindən qorxmaq yersizdir. İslam dini nə xristianlıq, nə də yəhudilikdən pis bir din deyil. Ona görə bütün megapolislərdə olduğu kimi Moskvada da müsəlmanlar üçün lazımı sayda məscidlər olmalıdır”“Məncə məscid inşaatı müzakirəsində münaqişəyə yol verilməməlidir. Əlbətdəki məscid lazımdır. Ancag yerli camaatın da buna münasibəti diqqətə alınmaldır. Əgər camaat buna etiraz edirsə onda məscid üçün şəhərin başga bir rayonunda yer ayrılmalıdır” – deyə moskvalı Svetlana Savrina bildirib.Qeyd edək ki 20 milyon müsəlmanın yaşadığı Rusiyada demoqrafik böhran və Orta Asiya ölkələrindən davam edən böyük köç dalğası nəticəsində müsləmanların sayı sürətlə artır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
16:41 16.05.2025
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
16:40 16.05.2025
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu
16:38 16.05.2025
Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu