Moskvada PUA həyəcanı - Hava hücumundan müdafiə sistemləri hərəkətə keçdi

Moskvada PUA həyəcanı - Hava hücumundan müdafiə sistemləri hərəkətə keçdi
DÜNYA
12:20 04.07.2023
245
Ötən gecə PUA-larla Moskva vilayətinə hücum edilib. Hərbi hissəyə zərbələr endirilib, Vnukovo hava limanının işi iflic olub.

AZXEBER.COM xəbər verir ki, Vaqnerin üsyanından sarsılan Rusiya bu səhər Moskvanı hədəf alan dron hücumları ilə çaxnaşma yaşayıb.

Moskva meri Sergey Sobyanin Ukraynanı ittiham edərək, pilotsuz təyyarələrin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib. Sobyanin dron hücumlarında xəsarət alan olmadığını, təcili müdaxilə qruplarının hədəf alınan Novaya Moskva bölgəsində tədbirləri artırdığını bildirib.

Moskvanın Vnukovo hava limanında uçuşlar bir müddət dayandırılıb.

Qeyd olunur ki, iyulun 4-nə keçən gecə Moskva Dairəvi yolundan bir neçə kilometr aralıda ən azı iki partlayış baş verib. Partlayışlar arasında bir neçə saniyə fərq olub. Bundan əvvəl Kaluqa vilayəti sakinləri təyyarə tipli iki dronun hərəkətini müşahidə ediblər.

Dronlardan biri Moskva yaxınlığındakı Kubinkada yerləşən hərbi hissəyə hücum edilib. İlkin məlumata görə, səhər saat 4 radələrində kamikadze PUA hərbi hissənin ərazisində yerləşən inzibati binaya hücum edib. Partlayış nəticəsində ölən və yaralanan olmayıb.

Dron hücumu Vnukovo hava limanının işinə də təsir göstərib. Belə ki, Şarm Əl-Şeyx, Dubay, Mahaçqala, Çelyabinsk və Novosibirskdən gələn reyslər başqa hava limanlarına yönləndirilib. Ankaradan gələn daha bir təyyarə isə 1 saatdan artıq Vnukovo hava limanı yaxınlığında dövr etməyə məcbur olub.

Ayşən
OXŞAR XƏBƏRLƏR