Moskvada Rusiya və Ermənistanın Baş Qərargah rəislərinin görüşü olub

Moskvada Rusiya və Ermənistanın Baş Qərargah rəislərinin görüşü olub
DÜNYA
21:03 30.04.2021
459
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Moskvada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanla görüşüb.

Bu barədə "Sputnik Armeniya” məlumat yayıb.

Danışıqlar nümayəndə heyətləri səviyyəsində baş tutub. Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığı daxil olmaqla, bir sıra məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu, Rusiya və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclasında da bir araya gəliblər.
OXŞAR XƏBƏRLƏR