Rusiyanın Moskva şəhərində uşaqlar arasında COVID-19-a yoluxma artıb.
Bu sözləri Rusiya paytaxtı merinin sosial məsələlər üzrə müavini Anastasiya Rakova deyib:
"İndi "Omikron” ştammının yayılması ilə əlaqədar olaraq uşaq və yeniyetmələrin xəstələnmə halları xeyli artıb. Üstəlik, hər gün biz COVID-19-a yoluxmuş uşaqların xeyli sayda xəstəxanaya yerləşdirilməsini qeyd edirik”.
Rakova vurğulayıb ki, lazım gələrsə, uşaqlar valideynləri ilə birlikdə xəstəxanaya yerləşdiriləcək.