Rusiyanın paytaxtı Moskvada Yeni il şənlikləri və atəşfəşanlıq ləğv olunub.
AZXEBER.COM "axşam.az”a istinadən xəbər verir ki, bu barədə məlumatı Moskva meri Sergey Sobyanin verib. O bildirib ki, paytaxtda Yeni il tədbirləri yalnız hərbçilərə həsr olunacaq. Atəşfəşanlıq və böyük konsertlər isə baş tutmayacaq.
Qeyd edək ki, bundan əvvəl Sankt-Peterburq, Kaluqa və Nijni Novqorodda da Yeni il şənliklərinin keçirilməyəcəyi bildirilmişdi.