Moskvada yük qatarı qəzaya uğrayıb

Moskvada yük qatarı qəzaya uğrayıb
DÜNYA
19:48 29.06.2023
220
Moskvanın Birulyovo stansiyasında sement daşıyan 6 yük vaqonu relsdən çıxıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı "Rusiya Dəmir Yolları” QSC-yə istinadən məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ekoloji təhlükənin olmadığı bildirilir.

Birulyovo-Tovarnaya stansiyasında hərəkət dayandırılıb, qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.
OXŞAR XƏBƏRLƏR