Moskvadan İrəvana uçan təyyarə geri qayıtdı

Moskvadan İrəvana uçan təyyarə geri qayıtdı
DÜNYA
14:54 10.04.2022
366
Rusiyanın paytaxtı Moskvadan Ermənistanın paytaxtı İrəvana uçan təyyarə əyləc sisteminin nasazlıq sensoru işə salındıqdan sonra Jukovski hava limanına qayıdıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin "RİA Novosti”yə məlumat verilib.

"WZ4325 (Moskva-İrəvan) reysini yerinə yetirən təyyarə əyləc sisteminin nasazlıq sensorunun işləməsi səbəbindən Jukovski hava limanına qayıdıb. "Sukhoi Superjet" təyyarəsinin uçuş hava limanına qaytarılması qərara alınıb", - mənbə agentliyə bildirib.

O, həmçinin əlavə edib ki, təyyarə yerli vaxtla saat 11:17 radələrində hava limanına enib.
 
///Report
OXŞAR XƏBƏRLƏR