Moskvadan SON XƏBƏR: Sarkisyan Putinə şikayət etdi

Moskvadan SON XƏBƏR:  Sarkisyan Putinə şikayət etdi
DÜNYA
17:06 20.06.2016
2071
Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə Sankt-Peterburqda görüşüb.
 S. Sarkisyan Putinə Qarabağda atəşkəsə nəzarət mexanizminin qurulmasının əhəmiyyətindən danışıb.
“Qarabağ məsələsi ilə bağlı bizim mövqeyimiz hamıya məlumdur. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll edilsin. Atəşkəsə nəzarət mexanizminin yaradılması əhəmiyyətlidir”, - deyə o bildirib.
Rusiya prezidenti Vladimir Putin də Serj Sarkisyana bütün məsələləri müzakirə etməyə hazır olduqlarını deyib.
OXŞAR XƏBƏRLƏR