Moskvadan Türkiyəyə uçan sərnişin təyyarəsində bomba həyəcanı — TƏCİLİ ENİŞ EDİB

Moskvadan Türkiyəyə uçan sərnişin təyyarəsində bomba həyəcanı — TƏCİLİ ENİŞ EDİB
SOSİAL
23:00 31.10.2017
1424
Moskvanın Domodedova aeroportundan Türkiyəyə uçmalı olan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.
 
AZXEBER.COM Ölkə.Az-a istinadən xəbər verir ki, təyyarə Odessa səmasında olarkən içəridə sahibsiz çanta aşkar edilib. Bu barədə Ukraynanın Odessa vilayətindəki Milli Polis İdarəsinin müşaviri Ruslan Forostyak jurnalistlərə məlumat verib. Verilən məlumata görə, təyyarədə bomba olmasından şübhələnən ekipaj üzvləri Odessa aeroportunda enişə icazə istəyib.
 
Belə ki, təyyarənin içərisində tapılan çantanın iri həcmli olması və içərisinin görünməməsi şübhələrə səbəb olub. Çantanın sahibi tapılmayıb. Bu səbəbdən də, onun içərisində partlayıcı olmasından şübhələniblər. Bundan əlavə, təyyarədə şübhəli bir nəfərin olduğunu müəyyən ediblər. Həmin şəxs tualet yaxınlığında gəzişirmiş. Sonradan isə şübhəli çanta tapılıb.
 
Sərnişin təyyarəsi Odessa hava limanında eniş edib. Dərhal sərnişinlər təxliyyə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları və bomba zərərsizləşdirənlər təyyarəyə daxil olublar. Şübhəli çanta yoxlanılıb. Onun içərisindən partlayıcı maddə aşkar edilməyib. Daha sonra təyyarə bütünlüklə yoxlamadan keçirilib. Lakin şübhəli heç nə tapılmayıb.
 
Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən qəribə davranan Litva vətəndaşı saxlanılıb. Həmin şəxs dindirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb