Moskvaya 56 ilin ən şiddətli qarı yağıb

Moskvaya 56 ilin ən şiddətli qarı yağıb
DÜNYA
23:50 10.01.2026
1029
Yanvarın 9-da Rusiyanın paytaxtı Moskvaya yağan qar son 56 ilin ən güclü qar yağıntısı olub.

AZXEBER.COM "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.

O bildirib ki, şəhərdə 22 mm yağıntı qeydə alınıb ki, bununla da 1976-cı ilin rekordu qırılıb.

Məlumata görə, bu göstərici ortaaylıq rəqəmin 42%-ni təşkil edir.
OXŞAR XƏBƏRLƏR