Rusiya Kiyev rejiminin pilotsuz təyyarə ilə hücum cəhdinin qarşısı alındığını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) ilə Moskva vilayətinə hücum cəhdinin qarşısı alındığını bildirib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada "21 avqust Moskva vaxtı ilə saat 06:50 radələrində Kiyev rejiminin təyyarə tipli PUA ilə hücumuna cəhdinin qarşısı alınıb”, - bildirilib.
Açıqlamada Ukraynaya məxsus PUA-nın Moskva vilayətinin hava məkanında hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkar edildiyi bildirilib.
PUA-nın Moskva vilayətində Pokrovskoye qəsəbəsi yaxınlığında idarəetmədən çıxaraq yerə düşdüyü, hadisədə insan itkisinin olmadığı qeyd edilib.
Gülay