Moskvaya hücumlar nəticəsində ölkəyə uçuşlar dayandırıldı

Moskvaya hücumlar nəticəsində ölkəyə uçuşlar dayandırıldı
DÜNYA
16:40 21.08.2023
208
Ukrayna uçuş aparatlarının Moskvaya hücumu nəticəsində 2 nəfər yaralanıb, 50-yə yaxın uçuş dayandırılıb.

AZXEBER.COM xəbər verir ki, Moskva vilayəti üzrə məsul rəsmi Rusiya hava hücumundan müdafiə qüvvələrinin vurduğu Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) bölgədəki bir evin üzərinə düşməsi nəticəsində ən azı iki nəfərin yaralandığını açıqlayıb.

Rusiya Moskvanın qərbindəki Ruzski bölgəsində və yaxınlıqdakı İstrinskidə Ukraynaya məxsus digər PUA-ları vurduğunu elan etdikdən sonra paytaxt daxil və xaricə 50-yə yaxın uçuş dayandırılıb. 

Rusiyanın aviasiya agentliyi "Rosavatsia” məhdudiyyət çərçivəsində Moskvanın dörd əsas hava limanı Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovskidən gəliş-gedişlərin məhdudlaşdırıldığını, 45 sərnişin və iki yük təyyarəsinin fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Gülay
OXŞAR XƏBƏRLƏR