Moskvaya yenidən dron hücumu olub, 2 hava limanı müvəqqəti bağlanıb

Moskvaya yenidən dron hücumu olub, 2 hava limanı müvəqqəti bağlanıb
DÜNYA
21:57 06.05.2025
379
Moskvaya yenə dron hücumu olub.

Bu barədə şəhər meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Moskva istiqamətində uçan üç PUA vurulub.

Dronların Moskva vilayəti ərazisində vurulduğu bildirilib.

Yerli sakinlər hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti və rabitə əlaqəsində kəsintilərin müşahidə olunması barədə məlumat verirlər.
Moskvanın Vnukovo və Domodedovo hava limanları PUA hücumu təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb. Hava limanları reysləri qəbul etmir və göndərmir.
 
/APA
OXŞAR XƏBƏRLƏR