Motosikletlə qaydaları kobud şəkildə pozdu - Tədbir görüldü
SOSİAL
18:26 28.06.2026
255
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Amin Məmmədov barəsində inzibati tənbeh tədbiri görülüb.
AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin qərarı ilə 500 manat məbləğində cərimələnib. Eyni zamanda, sürücü 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.