'Mototurizm' turu həyata keçirildi

İDMAN
17:56 05.09.2012
1399
Azərbaycan Respublikası DİN Dövlət Yol Polisi Baş İdarəsinin razılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin dəstəyi, Dünya Azərbaycanlı Gənclər Birliyinin və Gənclərin Həmrəliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 01-02 sentyabr 2012-ci il tarixində Şamaxı rayonunun Avaxıl kəndində “Mototurizm” turu həyata keçib. 
AZXEBER.COM xəbər verir ki, turda 9 peşəkar,  11 həvəskar baykerlər  və bu sahəyə marağı olan 5 şəxs iştirak edib. Müzakirə zamanı baykerlərə motosiklların mühərrik həcmləri, yol hərəkəti qaydaları, sürücülərin hüquqlar izah olunub. Bundan başqa tur zamanı baykerlər Şamaxı rayonunun tarixi, mədəniyyəti, adətləri ilə də yaxından tanış olublar.Əsas yaşanan problemlərdən biri maşınların yol hərəkəti zamanı motosikl sürənlərin sıxışdırılmasıdır. Tur zamanı Mototreykin açılması, Lökbatanda olan Motokrosun bərpası və motosikl idman növünü inkişaf etdirmək üçün təkliflər irəli sürülüb

OXŞAR XƏBƏRLƏR