Mourinho: "Tur hələ bitməyib"

Mourinho: "Tur hələ bitməyib"
DÜNYA
10:34 07.03.2025
292
UEFA Avropa Liqasının 1/8 final mərhələsində baş tutan "Fənərbağça" - "Reyncers" matçından sonra Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo açıqlamalar verib.

AZXEBER.COM xəbər verir ki, Kadıköydə keçirilən oyunda "Fənərbağça" 1:3 hesabı ilə məğlub olub. İstanbul təmsilçisinin yeganə qolunu Aleksander Ciku vurub.

Matçdan sonra portuqaliyalı çalışdırıcı nəticədən məyus olduğunu bildirib:

"İlk hissədə etdiyimiz səhvləri ikinci hissədə də təkrarladıq. Rəqibin hücumçusu Dessers yaxşı futbolçudur, amma dünyanın ən yaxşısı deyil. Biz isə ona elə görünmək imkanı verdik. Bütün hava toplarını qazandı, çünki orta sahədə Fredin yoxluğu ciddi şəkildə hiss olundu. Üstəlik, ön xəttimiz yetərincə aktiv deyildi. Bir neçə yaxşı zərbəmiz oldu, amma rəqib qapıçı onları çıxardı".

Mourinyo eyni zamanda cavab qarşılaşması üçün ümidini itirmədiyini vurğulayıb:

"Bu, haqlı bir məğlubiyyət idi. Rəqibimiz səhv etmədi, biz isə çox səhvə yol verdik. Amma bu, hələ son deyil. Qarşıda daha bir 90 dəqiqə var və biz hələ də mərhələni keçmək üçün mübarizə aparacağıq".

Sonda o, komandasının ümumi performansından da narazılıq edib:

"Nə komanda, nə də baş məşqçi yaxşı çıxış etdi. Azarkeşlər də komandaya lazımi dəstəyi verə bilmədilər. Ancaq "İbroks" stadionunda fərqli atmosfer olacaq. Bir neçə gün istirahət edib, daha yaxşı oyun göstərməliyik. Hazırda isə özümüzü günahlandırmaqdan başqa heç nə edə bilmərik".

Qeyd edək ki, "Fənərbağça" ilə "Reyncers" arasındakı cavab qarşılaşması 13 mart tarixində baş tutacaq.
OXŞAR XƏBƏRLƏR