Mourinyo: ''Balotelli haqda kitab yazaram''

Mourinyo:
İDMAN
14:50 05.10.2012
1468

Madridin “Real” klubunun baş məşqçisi Joze Mouyrinyo “Mançester Siti”nin futbolçusu Mario Balotelli haqda maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, CNN-ə müsahibəsində portuqaliyalı mütəxəssis İtaliya “İnter”ində işlədiyi zaman Balotellinin də orada oynadığını xatırladıb.

“Mən onunla iki il bir yerdə işləmişəm. Bu futbolçu barədə 200 səhifəlik kitab yazaram. Bu, dramatik yox, kometiya janrında bir əsər olar. Mario çox rəqibə insandır. Sizə bir faktı danışım. Biz “Rubin”lə Çempionlar Liqasının oyununda qarşılaşırdıq. Milito və Eto'o həmin görüşdə iştirak edə bilmədiyindən meydana Balotellini buraxdım. O, birinci hissənin sonlarında sarı vərəqə aldı. Fasilədə Marioya dedim ki, kobud oynama, rəqibin təxribatına uyma və mübahisə etmə. Görün, bu sözlərdən sonra nə baş verdi? Mario ikinci hissədə meydana çıxan kimi qırmızı vərəqə aldı” – deyə Mourinyo bildirib.

OXŞAR XƏBƏRLƏR