Mourinyo: "Əsl problem "Çelsi"yə yox, "Qarabağ"a uduzmaqdır"

Mourinyo: "Əsl problem "Çelsi"yə yox, "Qarabağ"a uduzmaqdır"
İDMAN
11:51 01.10.2025
325
"Problem bugünkü məğlubiyyətdə deyil, "Qarabağ"a uduzmaqdadır. Bu gün də üç xalımız olmalı idi. Ancaq bunu başqa yerdə qazanmalıyıq. Hesab edirəm ki, bu gün heç olmasa bir xal almaq üçün kifayət qədər çalışdıq, amma alınmadı".

Bunu Portuqaliya təmsilçisi "Benfika"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Çelsi"yə 0:1 hesabı ilə məğlubiyyətdən sonra mətbuat konfransında deyib.

Mourinyo debüt matçında məğlubiyyətin səbəbini əvvəlki oyuna bağlayıb.

"Biz təşkilatlanmış oynadıq, "Çelsi"ni yaxşı öyrənmişdik və onun meydandakı sxemlərinə qarşı uğurla mübarizə apardıq. Müdafiədə əla təsir bağışladıq, amma sonradan çətinliklər yarandı. Üç mərkəz yarımmüdafiəçimiz sarı vərəqə aldı və çoxsaylı dəyişikliklər etməli olduq. Bunun öhdəsindən də yaxşı gəldik. Çalışdıq, amma kifayət etmədi. Yenə də təəssürat müsbətdir", - o bildirib.

Qeyd edək ki, əvvəlki turda "Benfika" doğma meydanda Azərbaycan təmsilçisi "Qarabağ"a 2:3 hesabı ilə uduzmuşdu. Həmin məğlubiyyətdən sonra baş məşqçi Brunu Laje istefaya göndərilmiş, onun yerinə Joze Mourinyo təyin olunmuşdu.
 
\Oxu.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birləşməlidir"
15:24 01.10.2025
“Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi birləşməlidir"
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
15:24 01.10.2025
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Şahin Diniyev "Qarabağ" - "Kopenhagen" matçına proqnozunu açıqladı
15:11 01.10.2025
Şahin Diniyev "Qarabağ" - "Kopenhagen" matçına proqnozunu açıqladı
"Heydər Əliyev vaxtilə məni İtaliyaya səfir təyin edərkən demişdi ki..." - Elmar Məmmədyarov
15:07 01.10.2025
"Heydər Əliyev vaxtilə məni İtaliyaya səfir təyin edərkən demişdi ki..." - Elmar Məmmədyarov
Prezident və xanımı Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər - FOTOLAR
15:06 01.10.2025
Prezident və xanımı Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər - FOTOLAR
"Aytamart" supermarket Sumqayıtda 1 yaşını qeyd edir
15:03 01.10.2025
"Aytamart" supermarket Sumqayıtda 1 yaşını qeyd edir
Bakıda taksi fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ
14:59 01.10.2025
Bakıda taksi fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ
Kolleclərə yeni təyinatlar olub
14:55 01.10.2025
Kolleclərə yeni təyinatlar olub
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub - FOTOLAR
14:48 01.10.2025
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub - FOTOLAR
TRT-nin əməkdaşı Qəzza zolağında həlak oldu - MŞ başsağlığı verdi
14:19 01.10.2025
TRT-nin əməkdaşı Qəzza zolağında həlak oldu - MŞ başsağlığı verdi
Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar
14:15 01.10.2025
Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmadı: "Mən iki gündür, bu gərginliyi yaşayıram"
14:04 01.10.2025
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmadı: "Mən iki gündür, bu gərginliyi yaşayıram"
Bu avtobuslarda qiymət qalxmadı - Hələ də 50 qəpikdir
14:02 01.10.2025
Bu avtobuslarda qiymət qalxmadı - Hələ də 50 qəpikdir
Sabah Azərbaycanda hava necə olacaq?
13:48 01.10.2025
Sabah Azərbaycanda hava necə olacaq?
Fransa - Azərbaycan oyununun azərbaycanlı azarkeşlər üçün biletləri satışa çıxarılıb
13:36 01.10.2025
Fransa - Azərbaycan oyununun azərbaycanlı azarkeşlər üçün biletləri satışa çıxarılıb
Bu gün Beynəlxalq Qəhvə Günüdür
13:21 01.10.2025
Bu gün Beynəlxalq Qəhvə Günüdür