Mourinyo "Fənərbaxça"da illik bu qədər qazanacaq

İDMAN
11:52 05.06.2024
176
"Fənərbağça"nın prezidenti Ali Koç baş məşqçi təyin olunan Joze Mourinyonun klubdan alacağı məbləği açıqlayıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Joze Mourinyonun bütün komandası ilə birlikdə illik xərci 12 milyon avro olacaq.
 
Klub prezidenti Ali Koç mövzu ilə bağlı açıqlamasında bunları deyib:
 
"Aziz Yıldırım Mourinyoya 15 milyon avro təklif etdi. Mourinyo və bütün komandası ilə 1 il üçün cəmi 12 milyon avroya razılaşdıq. Bu, Mourinyonun nə qədər pul qazandığının sübutudur. O, bizə inanır".
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR