"Mourinyo getməsəydi, "Mançester Yunayted"də qalardım"

"Mourinyo getməsəydi, "Mançester Yunayted"də qalardım"
İDMAN
22:52 21.02.2019
4070
Çinin "Şandonq Lunen" klubunun futbolçusu Maruan Fellaini sabiq baş məşqçisi Jose Mourinyo haqda danışıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında "mankunyanlar"dan ayrılmasının səbəblərindən biri kimi Mourinyonun komandadan gedişini göstərib:

"Futbolda hər şey ola bilər. Mourinyo ayrılanda klubla müqaviləm davam edirdi. O, ayrılmasaydı, komandada qala bilərdim".

Qeyd edək ki, cari mövsüm "MY"-də 21 oyunda 2 qol vuran Fellaini bu ayın əvvəlində Çin klubuna keçib.
OXŞAR XƏBƏRLƏR