"Futbolçularım üzgündülər amma sakitdirlər. Oyundan əvvəl də demişdim ki, nəticədn asılı olmayaraq sakitçiliyimizi qoruyub saxlayacağıq. "Sevilya"nı məğlub etsək yeni ilə lider kimi girəcəyik. Oyuna gəlincə düşünürəm ki, hakim Messini oyundan qovmalı idi. Hakimi müzakirə etmək istəmirəm, o epizoda daha yaxın idi. Amma deyə bilərəm ki, idman xoşbəxtliyi bu gün rəqibin tərəfində idi. 1:0 irəlidə olan dünya şöhrətli Ronaldo dəqiq zərbə vursaydı, indi başqa şeylərdən danışırdıq. Katalonların uğurunu kiçiltmək istəmirəm amma deməliyəm ki, onların bəxti gətirdi". AZXEBER.COM-un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Real"ın baş məşqçisi Joze Mourinho deyib.