Mourinyo haqqında şok iddia

MAQAZİN
12:37 29.03.2013
2257

Fransa mətbuatı “Real”ın baş məşqçisi Joze Muurinyo ilə bağlı sensasiyalı məlumat yayıb.

“L’Equipe” nəşri yazıb ki, aprelin 2-də Çempionlar Liqasının 1/4 finalında “PSJ” ilə “Barselona” arasında baş tutacaq görüş ərəfəsində Mourinyo Paris klubuna gizli köməklik edir.

İddia olunur ki, portuqaliyalı mütəxəssis “PSJ”-nin baş məşqçisi Karlo Ançelottiyə “Real”la “Barselona” arasında baş tutan iki oyunun (3:1, 2:1) geniş hesabatını təqdim edib. Hesabatda Mourinyo “Barselona”nın səhvlərini, taktiki boşluqlarını göstərib.

Mourinyodan bununla bağlı “PSJ”nin prezidenti Nasser Əl-Xelayfinin xahiş etdiyi bildirilir.//qol.az

OXŞAR XƏBƏRLƏR