Mourinyo İtaliyada antirekorda imza atıb

İDMAN
11:46 23.05.2023
212
"Roma” İtaliya çempionatında qara zolağa düşüb.

Paytaxt təmsilçisinin qələbəsiz oyunlar seriyası 6-ya çatıb.

"Canavarlar” "Salernitana” ilə heç-heçə edib. Son 6 görüşdə "Roma” 4 sülhə imza atıb və 2 dəfə uduzub.

Bu, Joze Mourinyonun karyerasının antirekordudur. Portuqaliyalı mütəxəssis heç bir klubla ardıcıl 6 çempionat görüşündə qələbəyə həsrət qalmayıb.

Qeyd edək ki, "Roma” A seriyasında mövsümün son iki turunda "Fiorentina” və "Spetsiya” ilə üz-üzə gələcək.
 
///Apasport
OXŞAR XƏBƏRLƏR