Mourinyo: 'Nurini qoruyuruq'

İDMAN
11:49 03.02.2012
1368
İspaniyanın "Marka" qəzeti "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyonun komandanın türkiyəli futbolçusu Nuri Şahini qoruduğunu yazır.Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin Nurini oynatmamasının səbəbi də müəyyənləşib."Marka" qəzeti Mourinyonun Nurini zədədən qorumaq üçün meydana buraxmadığını iddia edir. Mourinyonun bununla bağlı fikirləri də qəzetdə xüsusi yer alıb:"Biz Nurini 5 aylığa deyil, 5 illiyə almışıq. Onu zədədən qorumalıyıq. Nuri mövsümün sonlarına doğru daha yaxşı oyun sərgiləyəcək".Qeyd edək ki, mövümün əvvəlində "Real"a transfer olunan Nuri zədə səbəbindən komandanın əsas heyətindən kənarda qalıb.

OXŞAR XƏBƏRLƏR