"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun "Qalatasaray"ın heyətinə icarə əsasında qatılan Viktor Osimhenlə bağlı bir vaxtlar dediyi sözləri yenidən gündəm olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Osimheni bəyəndiyini deyən portuqaliyalı məşqçi nigeriyalı ulduzu komandasında görmək istədiyini bildirib.
Osimheni Droqba ilə müqayisə edən portuqaliyalı baş məşqçi "Çox pulu olan klubda olsaydım, onu alardım” deyib.
Qeyd edək ki, "Qalatasaray" "Napoli"də çıxış edən dünya şöhrətli hücumçusu Viktor Osimheni heyətinə qatıb.
Günel