"Fənərbaxça"nın yeni baş məşqçisi Joze Mourinyo klubda qalacaq futbolçulardan bəzilərinin adlarını açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, klubda qalacaq futbolçular bunlardır: Ferdi Kadıoğlu, İsmail Yüksek, Brayt Osayi Samuel, Sebastian Şimanski, İrfan Can Kahveci, Ceyden Ostervolde.
Bu oyunçularla yanaşı, keçən mövsüm icarə əsasında "Fənərbağça"nın şərəfini qoruyan Çağlar Söyünçü də portuqaliyalı mütəxəssisin istədikləri arasındadır.
Mourinyo digər futbolçuların da hazırlığının yüksək səviyyədə olduğunu deyib.
Məryəm