Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo bəzi nəhəng klubları qızışdıracaq açıqlama verib.
AZXEBER.COM-un İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, “Real” hazırda dünyada ən baxımlı oyun nümayiş etdirən komandadır.
“Öz komandamın oyunu ilə qürur duyuram. Məni “Real”dan daha yaxşı futbol fəlsəfəsinə sahib olan baş bir komandanın varlığına inandıracaq adam hələ doğulmayıb. “Barselona”ya gəlincə, bu komanda haqda daha az danışmaq lazımdır. “Real” İspaniya çempionu, “Çelsi” Çempionlar Liqasının qalibidir. “Barsa” isə ötən mövsüm bu mükafatları qazana bilməyib” –deyə J.Mourinyo vurğulayıb.