Mozilla Firefox 11 brauzerini təqdim etdi

Mozilla Firefox 11 brauzerini təqdim etdi
DÜNYA
11:24 19.03.2012
944
Mozilla Firefox 11 brauzerinin yeni versiyasını təqdim edib. Firefox 11-də brauzerin əvvəlki versiyalarında müəyyən edilmiş qüsurlar aradan qaldırılıb və bir sıra yeniliklər öz əksini tapıb.

AZXEBER.COM-un Rabitə və İnformasiya nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, brauzerin yeni versiyasına tətbiq edilmiş yeniliklər arasında səhifənin genişləndirilmələrinin sinxronlaşdırılmasını, SPDY protokolundan istifadə etməklə səhifələrin sürətli yüklənməsini, Chrome brauzerindən sevimli internet səhifələrini, tarix və cookis fayllarını köçürmək imkanını qeyd etmək olar.

Qeyd edək ki, brauzer avtomatik yenilənmə sistemində yaxın vaxtlarda yer alacaq. Hazırda Firefox 11 baruzerini Mozilla saytından yükləmək mümkündür.

OXŞAR XƏBƏRLƏR