MSK 10 məntəqənin “üstündən xətt çəkdi”

Seçki2020
19:18 25.02.2020
2216

19 saylı Nərimanov Birinci Seçki Dairəsi üzrə 10 məntəqəsinin nəticələri etibarsız hesab olunub.  

AZXEBER.COM-un oxu.az-a istinadən məlumatına görə, Mərkəzi Seçki Komissiyasının iclasında bu barədə qərar verilib.  

Qərar namizədlər Şəmsəddin Allahverdiyev, İsa Qəmbər və digərlərinin şikayəti əsasında çıxarılıb.  

MSK qərara alıb ki, həmin dairənin 1, 2, 4, 13, 19, 21, 22, 29, 30, 34 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılsın.  

Qeyd edək ki, Nərimanov Birinci Seçki Dairəsinin lider namizədi Hikmət Məmmədovdur.  

OXŞAR XƏBƏRLƏR