MSK açıqladı: Cəmil Həsənli sənədlərin əslini quruma təqdim etməkdən imtina edib

SİYASƏT
16:00 14.10.2013
1177
"Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının güya MSK-nın sifarişi ilə həbs edilməsinin heç bir əsası yoxdur. 
Gülağa Aslanlıdan başqa Cəmil Həsənlinin MSK-da qeydiyyatda keçən vəkillləri var. Onlar arasında MSK-da məşvərətçi səs hüququ olan komissiya üzvü Mənsum Bayramov da var. Həmin şəxslər MSK-ya sənədləri təqdim edə bilərdilər. Odur ki, Gülağa Aslanlının sənədləri MSK-ya təqdim etməyinin qarşısını almaq üçün polis tərəfindən saxlanılması barədə deyilənlər əsassızdır".Bu sözləri ANS PRESS-ə açıqlamasında Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov deyib. Natiq Məmmədovun sözlərinə görə, oktyabrın 12-də Gülağa Aslanlı MSK-da olub: "Onun təqdim etdiyi bütün sənədlərə baxılıb. Və onun nəzərinə çatdırılıb ki, sənədlərin sürəti rəsmi araşdırma üçün hüquqi əsas sayıla bilməz. Və o, bizə bildirdi ki, Cəmil Həsənli sənədlərin əslini MSK-ya vermək istəmir və onları məhkəməyə təqdim edəcək. Gülağa Aslanlıya prosedur qaydalar izah edilib.Bundan sonra onunla əlaqə saxlanıldı və yenə bizə bildirdi ki, Cəmil Həsənli aktların əslini MSK-ya təqdim etmək istəmir. Gülağa Aslanlı özü də yaxşı bilir ki, MSK-ya sənədlərin əsli təqdim edilməlidir. O, özü MSK üzvü olub və hüquqi prosedurları bilir".

OXŞAR XƏBƏRLƏR