Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq.
MSK-dan verilən məlumata görə, Konstitusiyaya uyğun olaraq, Azərbaycan Respublikasının prezidenti tərəfindən baş nazirin müavini təyin edilmiş Əli Əhmədovun deputat səlahiyyətlərinə xitam verilməlidir.
Qeyd edək Ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.(APA)