MSK-dan seçicilərin sayı ilə bağlı AÇIQLAMA

MSK-dan seçicilərin sayı ilə bağlı AÇIQLAMA
SOSİAL
16:32 19.02.2018
1293
Azərbaycanda seçicilərin daimi siyahısının tərtib edilməsi istiqamətində işlər sürətləndirilib.

AZXEBER.COM bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-nın bu gün keçirilən iclasında deyib.

N.Məmmədov bildirib ki, seçicilərin siyahısının dəqiqləşdirilməsi və tərtib edilməsi istiqamətində yerlərdə fəal iş aparılır. Onun sözlərinə görə, bu işlər mart ayının 3-ə qədər yekunlaşacaq.

MSK sədrinin müavini bildirib ki, hazırda əldə olunan məlumata görə, ötən illə müqayisədə seçicilərin sayı 28344 nəfər artıb, ancaq dəqiq məlumat martın 3-də olacaq.

OXŞAR XƏBƏRLƏR