MSK İqbal Ağazadənin müraciətinə baxdı – Şikayəti DSK-ya göndərdi

MSK İqbal Ağazadənin müraciətinə baxdı – Şikayəti DSK-ya göndərdi
Seçki2024
22:01 10.02.2020
3075
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasda Ümid Partiyasının səlahiyyətli  nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsində seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxılıb.

MSK prosedura uyğun olaraq müraciətə müvafiq dairə seçki komissiyasında baxılması barədə qərar verib.

Qeyd edək ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Ümid Partiyasının deputatlığa namizədi bu partiyanın sədri İqbal Ağazadə olub.
 
///APA
OXŞAR XƏBƏRLƏR